Raqif Abbasov cinayət məsuliyyətinə cəlb edilib 1 milyonluq mənimsəmədə ittiham İdman və Biz

29.12.2024

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov cinayət məsuliyyətinə cəlb edilib.

İdman.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, sabiq vəzifəlilər 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham olunurlar.

Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

Abbasov və E.Qulamov həbsdə deyil, hər ikisi haqda məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.

Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью