Raquf Orucovun xanımı Aprel savaşından danışdı Video

29.03.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Aprel döyüşləri hərb tariximizdə ən çətin döyüşlərdən biri idi, bunu yəqin ki, hərbçilər də təsdiqləyər. Onlar əliyalın, yəni heç bir texnikadan istifadə etmədən düşmənin arxasına keçmişdilər.

Axar.az xəbər verir ki, bu sözləri “Murov qartalı” kimi tanınan polkovnik leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova Axar TV-yə geniş müsahibəsində deyib.

“Bütün strateji yüksəkliklər düşmənin nəzarətində idi. Əsgərlərimiz ən çətin şərtlərlə döyüşdülər. Aprel döyüşlərində yalnız Xüsusi Təyinatlı Qüvvələr idi. XTQ-nin ən yaxşı hərbçiləri Raquf Orucovla bərabər bu döyüşlərdə şəhid oldu. Ən çox təəssüfləndiyim odur ki, onlar Vətən müharibəsində iştirak etməyə qadir peşəkar heyət idi. O günü görmədilər...” - o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью