Raşfordun gələcəyi bəlli oldu ƏTRAFLI

25.12.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mançester Yunayted"dən icarə əsasında "Barselona"ya keçən Markus Reşford gələcəyi ilə bağlı qəti qərarını verib.

Fanat.Az xəbər verir ki, İspaniya mətbuatına müsahibə verən ingiltərəli hücumçu kataloniyalıların heyətində qalmaq istədiyini açıq şəkildə bəyan edib.

Reşford "Barselona"dakı mühitdən və şəhərdən olduqca məmnun olduğunu bildirib: "Əlbəttə ki, mən “Barsa”da qalmaq istəyirəm. Bu, mənim üçün əsas hədəfdir". O, həmçinin vurğulayıb ki, komandanın əsas məqsədi titullar qazanmaqdır və o, bu uğurlarda pay sahibi olmaq üçün əlindən gələni edir. Futbolçu qeyd edib ki, "Barselona" böyük bir klubdur və hər zaman ən yüksək zirvələr üçün mübarizə aparır.

Hazırda "Barselona"nın Reşfordu 22-26 milyon avro civarında bir məbləğə birdəfəlik transfer etmək hüququ var.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью