Rasim Abdullayev vəfat etdi

26.11.2024

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın Xalq artisti, violonçel ifaçısı Rasim Abdullayev vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xalq artisti, dirijor Ramiz Məlik-Aslanov sosial şəbəkədəki hesabında bildirib.

Qeyd edək ki, Rasim Abdullayev 1964-1972-ci illərdə Azərbaycan Dövlət Kamera Orkestrinin, 1970-2010-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin solist olub.

2005-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью