Rasim Balayevə qəbirüstü abidə dövlət tərəfindən qoyulacaq

20.04.2026

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərcləri dövlət tərəfindən qarşılanacaq.

Globalinfo.az bildirir ki, bunu “Report”a açıqlamasında Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov deyib.

Onun sözlərinə görə, abidənin sifarişi ilə bağlı məsələlər ailəsi və aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir.

Qeyd edək ki, R.Balayev martın 29-da İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Xalq artisti Birinci Fəxri xiyabanda dəfn olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью