Icma.az bildirir, Qaynarinfo portalına istinadən.
Bu gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevin cənazəsinin Vətənə göndərilməsi üçün Azərbaycan dövləti tərəfindən lazımi bütün prosedurlara başlanılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bu barədə AZƏRTAC-a Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
Qeyd edilib ki, Türkiyədə lazımi prosedurlar həyata keçirildikdən sonra cənazə Vətənə yola salınacaq. Səfirlik və Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən Rasim Balayevin ailəsi ilə mütəmadi olaraq əlaqə saxlanılır, bütün lazımi dəstək göstərilir.