Rasim Balayevin əsəbləri pozulmuşdu Şair KONKRET

30.01.2026

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Şükür Allaha, Rasim Balayev indi yaxşıdır. Çox narahatlıq olmasın deyə, telefondan bir az uzaqdır. Fəqərə sütununda problem var idi, düzəlir”.

KONKRET.az xəbər verir ki, bunu şair Baba Vəziroğlu deyib.

O əlavə edib: “Əsəbləri normal deyildi, artıq normallaşmağa başlayıb. Bir müddət xəstəxanada oldu, indi evindədir. Amma həkimlər evdə tam sakitlik şəraitində qalmağı məsləhət görürlər.

Mən də çox narahat etmirəm. Bir-iki dəfə danışmışam. Əsasən, oğlu Ülvi ilə əlaqə saxlayıram, deyir ki, yaxşıdır. Qoy bir az əsəbləri yerinə gəlsin. Axı sinir pis şeydir.

Şəfiqə Məmmədova ilə birlikdə tez-tez bir-birimizə Rasim Balayevin əhvalı barədə məlumat veririk. Tezliklə onu işdə gözləyirik. Rasim Balayev Azərbaycan milli kinosunun simasıdır. Allah onu bizə çox görməsin”.

(yeni sabah)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью