Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin hazırlanması ilə bağlı xərclərin dövlət tərəfindən qarşılanacağı açıqlansa da, aradan keçən müddətdə işlərin hansı mərhələdə olduğu hələ də sual altındadır.
Abidənin hazırlanması üçün konkret olaraq hansı işlərin görüldüyü, prosesin nə zaman yekunlaşacağı barədə konkret bir məlumat yoxdur.
Qeyd edək ki, Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub və xiyabanın ərazisi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindədir.
Maraqlıdır, Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin hazırlanması ilə bağlı işlər hazırda hansı mərhələdədir?
Məsələ ilə bağlı “Cebheinfo.az”-a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu istiqamətdə hazırda müvafiq işlər aparılır:
““Əhaliyə Vətəndaşlıq Xidməti Tresti”ndən aldığımız məlumata görə, Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin hazırlanması istiqamətində işlər davam etdirilir".
Xatırladaq ki, Rasim Balayev martın 29-da İstanbul şəhərində, müalicə aldığı "Memorial" xəstəxanada vəfat edib.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: Rasim Balayevin qəbirüstü abidəsi Bakı Şəhər İcra Hakimiyyəti
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin