Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin hazırlanması işləri yekunlaşmaq üzrədir.
Moderator.az bildirir ki, bu barədə Musavat.com-a açıqlamasında mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:
“Abidənin nə zaman qoyulacağını dəqiq deyə bilmərik. Çünki onun hazırlanması dövlət sifarişi ilə baş tutub. Natiq Əliyevin bütün işləri gözəldir. Aygün Bəylərin qəbirüstü abidəsini də o hazırlayıb.
Layihə adi büst və ya ənənəvi qəbir daşı çərçivəsindən kənara çıxan, 4 hissədən ibarət xüsusi kompozisiya şəklində işlənib. Bir çox standart abidələrdən öz orijinallığı ilə fərqlənir.Ümid edirik ki, bu ilin sonuna kimi abidə Rasim Balayevin məzarı üstündə ucaldılacaq”.
Xatırladaq ki, Xalq artisti Rasim Balayev martın 29-da Türkiyədə Memorial Xəstəxanada vəfat edib. O, l Fəxri xiyabanda dəfn edilib.