Rasim Balayevin səhhətində problem yarandı

23.01.2026

Dogru.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin səhhətində problem yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xalq artistinin oğlu məlumat yayıb.

O qeyd edib ki, Rasim Balayev hazırda əsəb pozğunluğu keçirir.

“Yeni Sabah” isə xatırladıb ki, Rasim Balayev 1972-ci ildə atasının vəfatından sonra güclü sarsıntı keçirərək, bir müddət xəstəxanada depressiya əlehinə müalicə alıb.

O, 2017-ci ildə Mərkəzi Gömrük Hospitalında Türkiyədən gələn həkim nevropotoloqun nəzarətində də müalicə olunub.

R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью