“Rasim Balayevlə birlikdə çəkilirdim” “Yaprak dökümü” nün Cevriyesindən ÖZƏL FOTO | Icma.a…
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. “Azərbaycanda 2011-ci ildə olmuşam.
O vaxt “Qaranlıqlar çiçəyi” adlı serial çəkilirdi və mən də orada seriyalardan birində rol aldım. Azərbaycana gələndə çox xoşbəxt idim.
Bakını gördüm və çox sevdim. Çox təəssüf ki, çox qalma şansım olmadı. Rasim Balayevlə birlikdə çəkilirdim.
Günümüz gözəl keçdi” Bunu Moderator.az-a özəl açıqlamasında Türkiyənin məşhur aktrisası, hər kəsin “Yaprak dökümü” serialından “Cevriye” obrazı ilə tanıyıb sevdiyi Güler Ökten deyib.
O daha sonra əlavə edib: “İnternetdən istifadə etmirəm. And içmişəm. Evimdə də internet yoxdur.
Ona görə də sosial şəbəkələrdə də adımdan səhifələr açılıb. Heç birini mən idarə etmirəm.
Deyirlər ki, insanlar çox mesaj yazır, hamı sevgisini dilə gətirir.
İnsanlar məni görəndə də Cevriyədən danışırlar” deyə 83 yaşlı sənətçi bildirib.
Tam oxu
Xəbəri oxu