Rasim Əkbərov vəzifəsindən azad edildi YENİ TƏYİNAT

06.03.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əkbərov vəzifəsindən azad edilib.

Bakıvaxtı.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

TƏBİB sədrin digər əmri ilə Qənbərov Ravil Həbib oğlu sözügedən vəzifəyə təyin olunub.

Ravil Qənbərov bundan əvvəl xəstəxananın bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzi rəhbəri olub.

Qeyd edək ki, Rasim Əkbərov 2014-cü ildən Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru idi və eyni zamanda baş həkim vəzifəsini icra edirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью