Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Hazırda həbsdə olan “Baku Steel Company”nin sabiq sahibi Rasim Məmmədov Prezident İlham Əliyevə və DTX rəisi Əli Nağıyevə müraciət edib.
Gununsesi.info-nun xəbərinə görə, Rasim Məmmədov öz müraciətində PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin onun başına gətirdiyi hadisələrdən bəhs edib.
O bildirib ki, məhz Ramiz Mehdiyevin mövqeyinin güclü olduğu zamanlarda təzyiqlərə məruz qalıb və bu gün yaşadıqları da bunun nəticəsidir.
Rasim Məmmədov ölkə başçısından və DTX rəisindən onunla bağlı məsələnin yenidən araşdırılmasını, o cümlədən azadlığa buraxılmasına köməklik göstərilməsini xahiş edib.
Xatırladaq ki, Rasim Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsininin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.