Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"18 yaşımda hərbi xidmətə yollanarkən Zəngilanı tərk etmişdim, lakin geri qayıda bilmədim, çünki artıq işğal olunmuşdu. 51 yaşımda isə doğma yurduma geri qayıdıram".
Bu sözləri Oxu.Az-a açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən Rasim Qarayev deyib:
"Biz bu günləri şəhidlərimizə, qazilərimizə, cənab prezidentimizə borcluyuq. Onların sayəsində 33 ildən sonra doğma torpaqlarımıza geri qayıdırıq. Bundan sonrakı həyatımı daha dədə-baba yurdumda davam etdirəcəm. İndi həyat yoldaşımla qayıdıram. Bir ay əvvəl qohumlarım da Məmmədbəyli kəndinə köçüb".
Mərahim Nəsib