“Rasinq”in ilk kuboku

28.02.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Cənubi Amerikada Rekopanın qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, “Rasinq” və “Botofoqo” finalın ikinci oyununa çıxıblar.

Argentina klubu səfərdə 2:0 hesablı qələbə qazanıb. Qollara Matias Saraço və Bruno Sukulini imza atıblar. İlk oyunda da eyni hesabla qalib gələn Argentina təmsilçisi kuboka sahib çıxıb.

Qeyd edək ki, bu, “Rasinq”in turnirdəki ilk titulu olub. 1989-cu ildə finalda uduzan komanda 36 ildən sonra ikinci cəhddə həlledici dueldən qalib ayrılıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью