Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Trabzonspor" qış transfer pəncərəsi öncəsi heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.
Fanat.Az xəbər verir ki, türkiyəli jurnalist Onur Taşçıoğlunun yaydığı məlumata görə, Qaradəniz təmsilçisi hazırda “Beşiktaş”ın formasını geyinən Milot Raşitsanı satınalma şərti ilə icarəyə götürmək istəyir.
Klubun bu transferdə israrlı olduğu, Raşitsanın isə daha çox oynamaq üçün yeni bir layihəyə müsbət yanaşa biləcəyi bildirilir.
Qeyd edək ki, 29 yaşlı kosovalı yarımmüdafiəçi bu mövsüm çıxış etdiyi 13 matçda 1 qol və 1 asistlə fərqlənib.
Kamil Xudiyev