Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən Corc Rassell çıxışını dəyərləndirib.
İdman.Biz xəbər verir ki, “Mersedes” pilotu Bakı Şəhər Halqasında rəqibləri üzərində qazandığı böyük üstünlüyün onu təəccübləndirdiyini bildirib.
Britaniyalı sürücü bir dəqiqə 42,526 saniyəlik nəticə ilə birinci start mövqeyini qazanıb. İkinci olan “Ferrari” pilotu Şarl Lekler ondan 0,8 saniyədən çox geri qalıb.
Rassell bildirib ki, bu, karyerasında birinci start mövqeyi uğrunda əldə etdiyi ən böyük üstünlükdür:
“Uzun müddət idi bunu etmirdim, buna görə də çox xoş hissdir. Yəqin ki, bu, bütün karyeramda, hətta “Formula-2” və “Formula-3” dövrü də daxil olmaqla ən böyük fərqdir. Dövrə həqiqətən çox yaxşı alındı”.
Rassell son cəhdini isə “mükəmməl dövrə” adlandırıb. O, qarşıdakı İsak Hacardan hava axını baxımından da müəyyən üstünlük qazandığını və bunun uzun düz yolda ona əlavə vaxt qazandırdığını söyləyib.
Qeyd edək ki, bu, Corc Rassellin “Formula-1” karyerasında 12-ci birinci start mövqeyidir. Azərbaycan Qran-prisinin əsas yarışı sentyabrın 26-da keçiriləcək.
Foto: İslam Atakişiyev