Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Mercedes”in britaniyalı pilotu Corc Rassell “Formula-1” üzrə Qətər Qran-prisinin sıralanma turunun qalibi olub.
İdman.Biz xəbər verir ki, Rassell ən sürətli dövrəsini 1 dəqiqə 21,695 saniyəyə tamamlayıb.
İkinci yeri onun italiyalı komanda yoldaşı Andrea Kimi Antonelli (+0,128 saniyə), üçüncü yeri isə “Maklaren”in britaniyalı pilotu Lando Norris (+0,480 saniyə) tutub.
“Red Bull”un dördqat dünya çempionu Maks Ferstappen 0,637 saniyəlik fərqlə altıncı nəticəni göstərib.
Qətər Qran-prisinin bundan əvvəl keçirilən hər üç sərbəst yürüşündə isə Antonelli ən yaxşı nəticəyə imza atıb.
Qeyd edək ki, Qətər Qran-prisinin əsas yarışı bu gün keçiriləcək.