Rauf Arifoğlu: “Yazdıq, salnaməçi olduq. Geriyə baxanda qürur və şərəf duyuruq” | Icma.az
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Bizim hekayəmiz Vətən Azərbaycanın hekayəsidir” 10 noyabr Azərbaycan mətbuatında öz dəsti-xətti ilə seçilən “Yeni Müsavat” qəzetinin yaranma günüdür.
Qəzetin ilk sayı 1989-cu ildə dərc olunub. Bu il "Yeni Müsavat"ın yaranmasının 35 illik yubileyidir.
35 ildir fasiləsiz nəşr olunan nüfuzlu nəşrin qurucusu indiki baş redaktor və “Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğludur.
“Yeni Müsavat” qəzeti ilk illər gizli fəaliyyət göstərib, kommunist sovet rejiminə qarşı yaradılan Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı olub.
1991-ci ilin dekabrında, Azərbaycan müstəqilliyini qazanandan sonra gizli fəaliyyətə son verib və dövlət qeydiyyatına alınıb.
“Yeni Müsavat” Azərbaycana həftədə 7 dəfə çap rejimini gətirən yeganə qəzetdir.
Media qrupun nəzdində "musavat.com", "minval.az" (rus), "minval.info", "tr.minval.az" (anadolu türkcəsi) portalları fəaliyyət göstərir.
Tam oxu
Xəbəri oxu