Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına (AKTA) yeni icraçı direktor təyin edilib.
Reyting.az xəbər verir ki, bu vəzifə Rauf Cabbarov gətirilib.
Bildirilir ki, həmçinin AKTA-nın operativ fəaliyyətinin və sistemli inkişafının təmin edilməsi məqsədilə təşkilat daxilində struktur dəyişikliyi aparılaraq, İcra Aparatı formalaşdırılıb.
Ümumi yığıncağın qərarına əsasən, İdarə Heyətinin sədr müavini Rauf Cabbarov AKTA-nın icraçı direktoru vəzifəsinə təyin edilib.
Xatırladaq ki, bundan əvvəl R.Cabbarov AKTA-nın İdarə heyətinin sədrinin müavini olub. O, bu vəzifədə Elvin Balacanovu əvəz edib.