Rauf Əliyev 5 oyunluq diskvalifikasiya olundu

19.11.2024

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ”ın U-15 komandasının baş məşqçisi Rauf Əliyev cəzalanıb.

Futbolpress.az xəbər verir ki, o, U-15 Liqasında “Turan Tovuz”la oyunda hakimləri təhqir edib. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Qərarda bunlar qeyd olunub:

“8 noyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Turan Tovuz FK-Qarabağ FK oyununda Qarabağ FK komandasının baş məşqçisi Rauf Əliyev qarşılaşmanın 67-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə, oyunboyu hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməyə davam etdiyinə görə 5 oyun cəzalandırılsın, müstəsna hal olaraq 500 manat cərimə edilsin (maddə 43.4, 1)

8 noyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Turan Tovuz FK-Qarabağ FK oyununda Qarabağ FK komandasının azarkeşləri hakimləri təhqir və təhdid etdiyinə, bu hal oyunboyu davam etdiyinə görə “Qarabağ” FK U-15 komandasının növbəti oyunu “Qarabağ” FK azarkeşləri olmadan keçirilsin (maddə 1);

Əsas xəbərlər, Ölkə futbolu “Mingəçevir”in məşqçisinə ağır cəza

19 Noyabr 2024, 14:24

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ” – “Lion”: biletlər satışa çıxarılacaq

18 Noyabr 2024, 22:15

Dünya futbolu, Əsas xəbərlər “Onlar buna layiqdirlər” – Yankoviç

18 Noyabr 2024, 18:25

Əsas xəbərlər, Ölkə futbolu Benzia qələbənin iştirakçısı oldu

18 Noyabr 2024, 9:09

Əsas xəbərlər, Ölkə futbolu Üç futbolçu millidən çıxarıldı

17 Noyabr 2024, 13:10

Əsas xəbərlər, Ölkə futbolu Futbol klublarının alyansı yaradıldı

16 Noyabr 2024, 23:55

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью