Rauf Əliyev: BU, SABAH ÜÇÜN ƏLAVƏ ÜSTÜNLÜKDÜR

19.08.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Çətin qarşılaşmalar olacaq".

Bu sözləri "Apasport"a açıqlamasında Rauf Əliyev deyib.

Azərbaycan millisinin sabiq futbolçusu "Sabah" və "Qarabağ"ın avrokuboklarda pley-off matçlarını dəyərləndirib:

"Hər iki komandamız səfərdə çıxış edəcək. İlk oyunlarda kollektivlər ehtiyatlı davranmağa çalışırlar. Qonaq komandalar isə daha çox ehtiyat edirlər. Düşünürəm ki, həm "Sabah", həm də "Qarabağ" cütün taleyini evdə həll etməyə çalışacaqlar. 

"Sabah"ın rəqibi "Hapoel" ev matçlarını doğma meydanda keçirə bilmir. Bu, komandamız üçün əlavə üstünlükdür. "Bayquşlar" bundan yararlana bilərlər".

Qeyd edək ki, "Hapoel" - "Sabah" matçı bu gecə, "Tvente" - "Qarabağ" görüşü isə sabah baş tutacaq.

Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək "Qarabağ" azarkeşlərinə 1500 yer ayrılıb Millimiz yenə məğlub oldu: BU DƏFƏ 5 QOL BURAXDI Fərid Namazov: “Tənqidlərə açığıq” Əliyar Ağayev Mahir Emrelinin matçına təyinat alıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью