Rauf Əliyev diskvalifikasiya olunub SƏBƏB İdman və Biz

19.11.2024

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev cəzalandırılıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

“Qarabağ”ın U-15 komandasının baş məşqçisi olan Əliyev “Turan Tovuz”la görüşdəki davranışına görə cəza alıb. O, U-15 Liqasının səfər görüşünün 67-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Mütəxəssis bundan sonra hakimləri təhqir və təhdid etdiyinə, oyunboyu hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməyə davam etdiyinə görə 5 oyun diskvalifikasiya olunub. “Qarabağ” müstəsna hal olaraq 500 manat cərimə edilib.

Ağdam təmsilçisinin futbolçusu Oqtay Mehrəliyev isə qarşılaşmanın 80+4-cü dəqiqəsində komanda yoldaşını təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb. O, 3 oyun diskvalifikasiya edilib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью