Rauf Əliyev Qarabağ ı daha şanslı sayır

15.02.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Oyunda favorit "Qarabağ"dır". Bu sözləri Sport24.az-a açıqlamasında Rauf Əliyev deyib.

Millimizin sabiq futbolçusu Misli Premyer Liqasının XXIII turunda keçiriləcək Azərbaycan derbisi ilə bağlı fikirlərini bölüşüb:

"Neftçi" son oyunlarda nə qədər yaxşı nəticə göstərsə də, fikrimcə, "Qarabağ" qalib gələcək. Son derbilərdə "Qarabağ" böyük hesablı qələbə qazanır. Bu dəfə də "Neftçi"nin uğurlu seriyasından asılı olmayaraq, "Qarabağ" qarşılaşmadan 3 xalla ayrılacaq".

Qeyd edək ki, fevralın 16-da təşkil olunacaq Azərbaycan derbisi saat 19:00-da start götürəcək

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью