Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyevin İdman.biz saytına müsahibəsi - Yığmamız Millətlər Liqası çərçivəsində Estoniyaya qolsuz heç-heçə etdi.
Sizcə, qələbə üçün nə çatmadı? - İlk oyundakı kimi qol epizodlarımız oldu. Fikrimcə, komandada son nöqtəni qoyan çatmırdı.
Daha da çox cərimə meydançasına daxil olsaydıq, fərqlənmək şansımız artardı. - Matçda Mahir Emreli cəza səbəbindən oynamırdı.
İsveçlə qarşılaşmada onun dönüşü nə dərəcədə faydalı ola bilər? - Mahir meydana çıxacağı halda belə İsveçə qarşı şanslar azdır.
Amma onunla yanaşı, Renat Dadaşov da estonlara qarşı mübarizə aparsaydı, millimiz daha üstün olardı.
İsveç isə yığmada kiminsə nəsə edəcəyinə inanmıram. - İsveçin artıq B liqasına vəsiqəni təmin etməsi matçın taleyinə necə təsir edəcək?
- Onların oyuna rahat çıxacağına inanmıram. Fikrimcə, İsveç matça ciddi yanaşacaq. Yığmamız üçün çox çətin olacaq.