Rauf Məmmədov Karlsruedə lider Karlseni izləyir

21.04.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniyanın Karlsrue şəhərində nüfuzlu beynəlxalq “Grenke Chess” şahmat festivalı davam edir.

İdman.biz xəbər verir ki, yeddi turdan sonra Azərbaycan qrossmeysteri Rauf Məmmədov 6 xal toplayaraq turnir cədvəlində 7 xalı olan Maqnus Karlsendən geri qalaraq ikinci yerdə qərarlaşıb.

Həmin festival çərçivəsində keçirilən paralel yarışda Azərbaycanın digər təmsilçisi Məhəmməd Muradlı da inamlı oyun nümayiş etdirir. Onun 6 xalı var və yeddi turdan sonra 3-cü yerdədir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью