525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan şahmatçısı Rauf Məmmədov Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən “Sofia Cup 2026” beynəlxalq şahmat turnirində uğurlu çıxışı ilə diqqət çəkib.
525.az xəbər verir ki, turnirdə blits və rapid növlərində mübarizə aparan şahmatçımız hər iki yarışda yüksək nəticə göstərərək Azərbaycanı layiqincə təmsil edib.
Rauf Məmmədov blits yarışında 11 oyunda 9 xal toplayıb. Bu nəticə ona turnirin bürünc medalını qazandırıb. Şahmatçımız rapid yarışında isə daha inamlı çıxış edib. O, 9 oyunda 7,5 xal toplayaraq bütün rəqiblərini geridə qoyub və qızıl medalın sahibi olub.
Beləliklə, Rauf Məmmədov “Sofia Cup 2026” turnirini bir qızıl və bir bürünc medalla başa vurub.