Rauf Rüstəmli: Mehriban kollektivimiz var, bu da nəticəyə təsirini göstərdi

21.05.2025

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Mövsümü 7-ci pillədə bitirmək bizim üçün yaxşı nəticədir". Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın futbolçusu Rauf Rüstəmli Misli Premyer Liqasının 35-ci turunda "Araz-Naxçıvan"a məğlub olduqları (0:1) oyunla bağlı fikirlərini bölüşərkən deyib.
Rüstəmli "Şamaxı"nın bu mövsüm əsas hədəfinə çatdığını bildirib:
"Mövsümün əvvəlində qarşıya qoyulan əsas məqsəd Premyer Liqada yerimizi qorumaq idi ki, bunu da bacardıq. Mehriban kollektivimiz var, bu da nəticəyə təsirini göstərdi. Növbəti turda "Qarabağ"la oyunumuz var. Onların gücü bəllidir, çempionluğu da rəsmiləşdiriblər. Buna baxmayaraq çalışacağıq baxımlı oyunla uğurlu nəticə qazanaq. Mövsümün son ev oyununda azarkeşlərimiz sevindirməyə çalışacayıq".
Qeyd edək ki, "Şamaxı" Misli Premyer Liqasına bir tur qalmış 7-ci pillədəki yerini təmin edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью