Rauf Rüstəmlinin yeni klubu məlumdur

06.06.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son mövsümü icarə əsasında "Karvan-Yevlax"ın heyətində keçirən Rauf Rüstəmli karyerasını davam etdirəcək klubun adı müəyyənləşib. Sport24.az-n əldə etdiyi məlumata görə, o, karyerasını "Şəfa"da davam etdirəcək.

Tərəflər arasında bir illik sözləşmə imzalanacaq.

Qeyd edək ki, yarımmüdafiəçi müqavilə ilə "Sabah"a məxsusdur. O, ötən mövsüm "Karvan-Yevlax"ın heyətində 17 oyuna 3 qol vurmağı bacarıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью