Rauf Səfərov vəzifəsindən azad olundu Yeni təyinat

29.01.2026

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi Rauf Səfərov vəzifəsindən azad olunub.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbr verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin müvafiq əmri ilə Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi vəzifəsinə Əliyeva-İskəndərova Elnarə Rüfət qızı təyin edilib.

Qeyd edək ki, Bakı-Abşeron Regional Turizm İdarəsi 2023-cü ildə yaradılıb və həmin ildən sözügedən qurumun rəisi Səfərov Rauf Gündüz oğlu olub. Elnarə Əliyeva-İskəndərova Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının üzvüdür.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью