Demokrat.az saytına istinadən Icma.az xəbər verir. "Bu gün Azərbaycan polisinin peşə bayramıdır və Azərbaycan polisinin 107 yaşı tamam olur"
Xüsusilə, ölkəmizdə ictimai təhlükəsizliyin təmin olunması sahəsində polisin xidmətləri böyükdür.
QHT sədri kiber cinayətkarlığa qarşı mübarizədən narkomaniyaya, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə qədər bir çox sahədə görülən tədbirləri yüksək qiymətləndirib:"Bu xidmətlər əlbəttə ki, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və mən düşünürəm ki, bu cür səmərəli və effektiv fəaliyyətin daha da gücləndirilməsi üçün, daha səmərəli və effektiv həyata keçirilməsi üçün bütün dövlət qurumları, o cümlədən ictimaiyyətlə, vətəndaş cəmiyyəti ilə Daxili İşlər Nazirliyi daha geniş və sıx əməkdaşlıq etməlidir.
Bütün bu fəaliyyətlər hamısı koordinasiyalı şəkildə həyata keçirilsə, düşünürəm ki, o daha çox effekt və səmərə verə bilər.
Bu illər ərzində biz də Daxili İşlər Nazirliyinin İctimai Şurası olaraq bir çox fəaliyyətlər həyata keçirdik, bir çox tədbirlərə imza atdıq və düşünürük ki, çox doğru etdik.
Bu fəaliyyətin də effekti oldu, həmçinin Daxili İşlər Nazirliyinin fəaliyyətinin ictimailəşdirilməsi nöqteyi nəzərindən, eyni zamanda bir çox sahələrdə, o cümlədən ictimai təhlükəsizliyin təmin olunması, bütövlükdə xalqımızın, dövlətimizin ictimai asayişinin təmin olunması yolunda çox faydalı əməkdaşlıq oldu.
Biz də bir çox faydalar verə bildik. Təbii ki, Daxili İşlər Nazirliyi də öz növbəsində İctimai Şuranın işinin təşkil olunması, ona ofis yeri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.