Raufla birgə daha iki gənc də zəhərlənibmiş

16.11.2024

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi ötən gün Rauf Ra kimi tanınan gənc şair dəm qazından vəfat edib.

Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə vaxtı 23 yaşlı Rauf Qədimovla birgə eyni evdə olan 21 yaşlı Məmmədrəhim Minayətov və 20 yaşlı Elmir Səlimov da dəm qazından zəhərlənib. Onlar üçü də Respublika Taksikologiya Mərkəzinə çatdırılıb.

Tibbi yardımlara baxmayaraq Rauf Qədimov xəstəxanaya çatdırıldıqdan 1 saat sonra  vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью