Raufla birgə daha iki gənc də zəhərlənibmiş… KONKRET

16.11.2024

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi ötən gün Rauf Ra kimi tanınan gənc şair dəm qazından vəfat edib.

KONKRET.az “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə vaxtı 23 yaşlı Rauf Qədimovla birgə eyni evdə olan 21 yaşlı Məmmədrəhim Minayətov və 20 yaşlı Elmir Səlimov da dəm qazından zəhərlənib. Onlar üçü də Respublika Taksikologiya Mərkəzinə çatdırılıb.

Tibbi yardımlara baxmayaraq Rauf Qədimov xəstəxanaya çatdırıldıqdan 1 saat sonra  vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью