Raul Asensio sərxoş halda avtomobil idarə edərkən saxlanılıb

02.09.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Real Madrid"in müdafiəçisi Raul Asensio spirtli içki qəbul edərək avtomobil idarə etdiyi üçün cəzalandırılıb.

Fanat.Az "Radioestadio"ya istinadən xəbər verir ki, avqust ayında baş verən hadisə zamanı 23 yaşlı futbolçunun qanında alkoqolun miqdarı normadan dörd dəfə artıq çıxıb.

Məhkəmənin qərarı ilə Asensio 14 min 400 avro cərimələnib və 8 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

İspaniyalı stoper bu davranışı ilə klub rəhbərliyinin və azarkeşlərin ciddi narazılığına səbəb olub.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью