Raul tarixi klubun məşqçisi olur

07.03.2025

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Şalke" klubu sabiq hücumçusu Raul Qonzalesə təklif göndərib.

Metbuat.az xəbər verir ki, “Şalke" keçmiş futbolçunu kluba baş məşqçi kimi dəvət edib. Xəbərdə deyilir ki, bundan əvvəl "Şalke" məşqçi Karel Gerartsi istefaya göndərib. Onun yerinə isə Kis van Vonderen gətirilib. "Şalke" yeni mövsümdən etibarən Raulla işləmək istəyir. Bildirilir ki, klub mövsümün fasiləsində Raula dəvət göndərsə də, razılaşma əldə edilməyib.

Qeyd edək ki, "Real Madrid"in əfsanəsi olan Raul 2010-2012-ci illərdə "Şalke"də çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью