Raula xələf oldu

31.05.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Real”ın ikinci komandası olan “Kastilya”nın yeni baş məşqçisi rəsmən açıqlanıb.
İspaniya klubunun saytının yaydığı xəbərə görə, Raul Qonsalesi bu vəzifədə klubun U-19 komandasını çalışdıran Alvaro Arbeloa əvəzləyib. Arbeloa da Raul kimi “Real”ın yetirməsi və uzun illər komandada çıxış etmiş futbolçularındandı. 
42 yaşlı Alvaro “Real”ın heyətində 2001-06 və 2009-16-cı illərdə çıxış edib. 2017-ci ildə futbolçu karyerasını başa vuran sabiq müdafiəçi bir müddət sonra məşqçilik fəaliyyətinə başlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью