Rayan Giqqslə bağlı maraqlı trend VİDEO

25.03.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə “Mançester Yunayted”in əfsanəvi futbolçusu Rayan Giqqslə bağlı maraqlı trend yayılıb.

İdman.Biz xəbər verir ki, azarkeşlər uelsli ulduzun özündən daha yaxşı sol cinah hücumçusunun adını eşidənə qədər səssiz qaldığı xüsusi bir siyahı hazırlayıblar.

Həmin siyahıda həm müasir dövrün, həm də yaxın keçmişin bir sıra tanınmış futbolçularının adları yer alıb. Azarkeşlərin Giqqslə müqayisə etdiyi oyunçular Luis Dias, Rahim Sterlinq, Marko Roys, Xviça Kvaratsxeliya, Sadio Mane, Rafinya, Rober Pires, Eden Azar, Vinisius Junior, Neymar və Ronaldinyodur.

Rayan Giqqs oyunçuların adları sadalandıqca sakit qalıb, bəzi oyunçuların adlarına müəyyən təbəssümlə reaksiya verib. Ronaldinyonun adı çəkildikdə isə, “Bəli” deyərək, onun özündən yaxşı olduğunu təsdiqləyib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью