Rayon qeydiyyatı olan nəqliyyat vasitələrinin COP29 tədbiri zamanı Bakıya girişinə qadağa qoyulacaq?

04.11.2024

Icma.az, Operativmedia portalına istinadən məlumat verir.

Rayon qeydiyyatı olan avtonəqliyyat vasitələrinin COP29 tədbiri zamanı Bakıya girişinə heç bir məhdudiyyət qoyulmayacaq.

"Operativ Media" xəbər verir ki, bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin rəisi müavini Namidan Piriyev deyib.

O bildirib ki, həmin nəqliyyat vasitələri postlarda saxlanılıb bir-bir yoxlanılmayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью