Rayon rəhbəri silahını təmizləyərkən arvadını güllələdi

01.12.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rize Çayeli İlçe valisi Sertaç Kırçuval ehtiyatsızlıq ucbatından həyat yoldaşını xəstəxanalıq edib. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, rayon rəhbəri evdə silahını təmizləyərkən həyat yoldaşı Nesibe Kırçuvalu güllələyib. 

Qarın nahiyəsindən yaralanan 33 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Rize Təhsil və Araşdırma Xəstəxanası Kırçuvalın müalicəsinin davam etdiyi və həyatı üçün təhlükə olmadığı bildirilib.

Seymur Əli 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью