Rayona qonaq gedən 3 yaşlı uşaq faciəvi şəkildə öldü

19.11.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Bakıdan Neftçalaya qonaq gedən 3 yaşlı uşaq suda boğularaq ölüb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Ballıcallı kəndində qeydə alınıb.

Belə ki, ailəsi ilə birlikdə kəndə qonaq gedən Bakı şəhər sakini 2021-ci il təvəllüdlü H.X. velosiped sürərkən həyətdə ördəklər üçün qazılaraq su ilə doldurulmuş çuxura düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью