Rayona qonaq gedən 3 yaşlı uşaq faciəvi şəkildə ÖLDÜ

19.11.2024

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıdan Neftçalaya qonaq gedən 3 yaşlı uşaq suda boğularaq ölüb.

Sfera.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Ballıcallı kəndində qeydə alınıb.

Belə ki, ailəsi ilə birlikdə kəndə qonaq gedən Bakı şəhər sakini 2021-ci il təvəllüdlü H.X. velosiped sürərkən həyətdə ördəklər üçün qazılaraq su ilə doldurulmuş çuxura düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью