Rayonda işləyən müəllim Bakıdakı təmayül məktəbdə dərs deyə bilər? AÇIQLAMA

28.07.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər hansı bir regional təhsil idarəsinin tabeliyində olan ümumtəhsil müəssisəsində çalışan müəllimlərin Bakıda və ya digər regionda yerləşən yeni təmayül tədris modelli məktəbdə işləyə bilib-bilməyəcəyinə aydınlıq gətirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Turanə Məcidli Təhsil TV-nin efirində yayımlanan “Təhsil saatı” verilişində məlumat verib.

O bildirib ki, meyarlar arasında bu, yoxdur, buna görə də digər regional təhsil təhsil idarəsinin tabeliyində olan müəllimlər Bakıdakı təmayüllü məktəblərdə tədrisə cəlb oluna bilməzlər: “Meyarlara əsasən, ilk olaraq təmayül tədris modeli tətbiq olunan məktəbdə çalışan müəllim, ikinci olaraq təmayül tədris modeli tətbiq olunan məktəbin yerləşdiyi ərazidə olan digər məktəblərdə çalışan müəllimlər, sonra BŞTİ-nin tabeliyində olan məktəblərin müəllimləri müsahibədə iştirak hüququ qazana bilərlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью