Rayondan Bakıya gətirilən 24 günlük körpə yolda öldü

04.11.2024

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bərdədən Bakıya xəstəxanaya gətirilən körpə yolda ölüb.

Publika.az-ın əldə etdiyi məlumata görə, noyabrın 2-si saat 22:00 radələrində Ələt qəsəbəsinin ərazisində Bərdə rayon sakini 09.10.2024-cü il təvəllüdlü Uğur Ramazan oğlu Bəkdəmirov pnevmoniya xəstəliyindən ölüb.

Həkimlər onun təcili Bakıya aparılmalı olduğunu bildiriblər. Körpə paytaxta gətirilərkən Qaradağ rayonu ərazisində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Turqut Seyidov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью