Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir. Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq?
- AÇIQLAMA 2025-ci ildə Azərbaycan Respublikasının şəhər və rayonlarından 62-si (Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları əlavə olunmaqla) xərclərini dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almadan öz gəlirləri hesabına təmin edəcəklər.
Bu barədə "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib.
Bəs görəsən Azərbaycan rayonları öz gəlirləri ilə öz xərclərini təmin edəcək vəziyyətdədirlərmi?
Sosioloq Elçin Bayramlı Sonxeber.az – ın mövzu ilə bağlı bu sualını cavablandırıb: "Azərbaycan rayonlarının çox az bir hissəsi öz gəlirləri ilə öz xərclərini ödəmək iqtidarındadır.
Yəni bunu təbii halda etmək olar. Rayonlara qoyulan investisiyaları kəsmək doğru deyil.
Ondansa regionlarda elə bir iqtisadi mühit yaratmaq lazımdır ki, həqiqətən də rayon öz gəliri ilə özünü idarə edə bilsin.
Bu, bütün dünyada belə tətbiq olunur. Yerli özünü idarəetmə sistemi qurulur və yerli mailiyyə resurslarının çox böyük hissəsi regional idarə