Rayonlara yağış və qar yağacaq XƏBƏRDARLIQ

25.01.2025

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın rayonlarında yanvarın 26-dan 27-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Yağıntının əsasən şərq rayonlarında (Lənkəran-Astara, Mərkəzi Aran) intensivləşəcəyi ehtimal olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью