Rayonlarda pensiyalar bu tarixdə veriləcək ÖZƏL

07.03.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bölgələrdə bayramla əlaqədar olaraq mart ayı üzrə pensiyalar vaxtından əvvəl ödəniləcək.

Milli.Az-ın əldə etdiyi məlumata görə, respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi isə mart ayının 11-də həyata keçiriləcək.

Xatırladaq ki, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda pensiyalar martın 6-da ödənilmişdi.

Qeyd edək ki, pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb. Dövlət başçısının Sərəncamı ilə sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək  qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6 faiz indeksləşdirilərək artırılıb.

Milli.Az
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью