Rayonlarda sel və dolu xəbərdarlığı verildi

19.08.2026

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərə görə, ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək.
Yağıntılı hava dalğası avqustun 20-si gündüz saatlarından etibarən şimal və qərb bölgələrini əhatə edəcək. Sabit olmayan hava şəraitinin 21-i gündüz saatlarınadək fasilələrlə davam edəcəyi bildirilir.
Bəzi ərazilərdə şimşək çaxacaq, dolu düşəcək və qısamüddətli şiddətli leysan yağacaq. Güclü yağışlar səbəbindən çaylarda suyun səviyyəsi kəskin qalxacaq. Xüsusilə dağlıq ərazilərdəki çaylardan qısamüddətli sel keçmə ehtimalı yüksəkdir.
Yəni, yaxın iki gündə bəzi bölgələrdə leysan və sel təhlükəsi gözlənilir.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью