Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Valideynlərinin hər ikisinin daimi qeydiyyat yeri işğal olunmuş rayon və ya şəhər olan, həmin ərazilərin işğalından sonra dünyaya gəlmiş uşaqlara məcburi köçkün statusu veriləcək.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu məsələ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, uşağın atasının məcburi köçkün statusuna malik olması, eləcə də hər iki valideynin daimi yaşayış yeri üzrə qeydiyyatının işğal olunmuş rayon və ya şəhər olması əsas şərtlərdən biridir.
Bu qayda valideynlərin xidməti iş və qanunvericiliklə müəyyən edilmiş digər hallarla əlaqədar başqa şəhər və rayonlarda daimi qeydiyyata düşdüyü vəziyyətlərə şamil edilmir.
Yeni dəyişikliklə həmin kateqoriyaya aid uşaqlara məcburi köçkün statusu və bunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulur.