Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Bakıda dayanma-durma qaydasını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 24-də, paytaxtın Mikayıl Useynov küçəsində qeydə alınıb. Belə ki, 77-AJ-750 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü yolun ortasında dayanaraq digər sürücü ilə mübahisə etməyə başlayıb. Bu səbəbdən sağa dönən və həmin zolaqda düzünə gedən nəqliyyat vasitələrinin yolunu kəsərək hərəkəti dayandırıb.
Görüntünü qeydə alan sürücü səs siqnalı ilə narazılıq etdikdən sonra o, hərəkətə başlayaraq yolu açıb.
Fərid