Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Milli Cəbhə Partiyasının qərargahında SABAH.city düşərgəsində iki həftə öncə tanış olduğum istedadlı gənc startapçılarla görüş keçirdim.
Həmin görüşdə onlara söz vermişdim ki, hər birini ayrıca qəbul edəcək, layihələrini dinləyəcək və fəaliyyətləri barədə aidiyyəti qurumlara məlumat verəcəyəm”.
“Cebheinfo.az” xəbər verir ki, bu haqda məlumatp Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev özünün sosial şəbəkö hesabında paylaşıb.
“”SentiaHub” komandasının təsisçiləri Rufulla Feyzullazadə, Tural Cəfərov və Xətai Əliyev dir. Komandanın süni intellekt vasitəsilə zənglərin, səsyazmalarının, videoların və mətnlərin real vaxt rejimində təhlili, müştəri emosiyalarının müəyyənləşdirilməsi və risklərin vaxtında aşkarlanması istiqamətində hazırladığı platforma xüsusi maraq doğurur.
Artıq bir bankla danışmışam və görüş keçirəcəklər. Xidmət sahəsində fəaliyyət göstərən dövlət qurumları ilə də əlaqələndirəcəm. Uğurlar sizə, gənclər!”-deyə, Razi Nurullayev qeyd edib.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin